4 günə 15 milyon avro itki

4 günə 15 milyon avro itki
XƏBƏR 10 Aprel 2021 / 16:25 1596
-  A +

Koronavirus pandemiyasının dünyada geniş yayılması “Real”ın büdcəsinə böyük zərər vurmaqda davam edir.

Qol.az xəbər verir ki, əksər klublar kimi Madrid təmsilçisi də bilet satışını həyata keçirə bilmir. Bu səbəbdən klub 2 matdan cəmi 4 gün ərzində əldə edəcəyi 15 milyon gəlirdən məhrum olub. Koronavirus pandemiyası bu qədər geniş yayılmasaydı, “Real” ev oyunlarını 81 min nəfərlik azarkeş tutumu olan “Santiaqo Bernabeu” stadionunda keçirəcəkdi. Klub Çempionlar Liqasının 1/4 finalında “Liverpul”la, La Liqanın 30-cu turunda bu axşam oynanılacaq “Barselona” ilə görüş üçün bilet satışı həyata keçirsəydi, 15 milyon avrodan çox pul əldə edəcəkdi.

Qeyd edək ki, “kral klubu” fanatların üzünə bağlı olan “Santiaqo Bernabeu” arenasında yenilənmə işləri həyata keçirdiyi üçün ev matçlarını 6 min nəfərlik “Alfredo de Stefano” stadionunda oynayır. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner