Kavani Argentina klubunda?

Kavani Argentina klubunda?
XƏBƏR 10 Aprel 2021 / 13:59 1386
-  A +

“Mançester Yunayted”in futbolçusu Edinson Kavani karyerasını Argentinada davam etdirə bilər.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, 34 yaşlı hücumçunu “Boka Xuniors” heyətinə qatmaq istəyir. Artıq klubun vitse-prezidenti Roman Riqelme Kavani ilə danışıqlara başlayıb. Uruqvaylı oyunçunun “qırmızı şeytanlar”la müqaviləsi isə yayda başa çatır.

Qeyd edək ki, Kavani bu mövsüm 28 matçda 7 qol vurub və 2 qolun ötürməsini verib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner