"Beşiktaş" Avropada ən yaxşılar sırasında

"Beşiktaş" Avropada ən yaxşılar sırasında
XƏBƏR 10 Aprel 2021 / 13:42 1360
-  A +

“Beşiktaş” son 5 mövsümdəki çıxışı ilə adını Avropanın ən yaxşı klubları sırasına yazdırıb.

Qol.az xəbər verir ki, “Football Observatory”in araşdırmalarına əsasən, bu müddət ərzində “qara qartallar” qalib gəldikləri görüşlərin 19,8 faizində 3 qol vura biliblər. Belə göstərici ilə İstanbul təmsilçisi 8-ci olub. Lider isə “Ayaks”dır (39,4 faiz). PSJ 2-ci (36,3 faiz), “Barselona” 3-cü (33,7 faiz), “Bavariya” 4-cü (31,8 faiz), “Mançester Siti” 5-ci (28,9 faiz), “Benfika” 6-cı (25,6 faiz), “Brügge” isə 7-ci (23,6 faiz) olub.

Qeyd edək ki, hazırda “Beşiktaş” Superliqanın turnir cədvəlində 67 xalla vahid liderdir.

 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner