İnyesta “El-Klassiko”dan danışdı

İnyesta “El-Klassiko”dan danışdı
XƏBƏR 10 Aprel 2021 / 13:25 2411
-  A +

“Barselona”nın sabiq kapitanı, hazırda “Vissel Kobe”də çıxış edən Andres İnyesta bu günkü “El-Klassiko”dan gözləntilərini bölüşüb.

Qol.az “Diario Sports”a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi deyib:

“İnanıram ki, “Real” oyunda üç futbolçu açar olacaq. Birincisi, Serji  Busketsdir. Düşünürəm ki, o, meydanın mərkəzindəki əsas oyunçudur. Həm də matçın gedişatına mütləq təsir edəcək Jordi Alba var. Uzun illərdir ki, belə görüşlərdə əhəmiyyətli bir rol oynayır. Lionel Messi isə matçların nəticəsinə qərar verən oyunçudur. Əminəm ki, bu qarşılaşmada da bunu edəcək”.

Qeyd edək ki, sözügedən oyun Bakı vaxtı ilə 23:00da başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner