"Uduzmağımızın əsas səbəbi azarkeşlərin olmamasıdır"

"Uduzmağımızın əsas səbəbi azarkeşlərin olmamasıdır"
XƏBƏR 10 Aprel 2021 / 13:14 1189
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının bu mövsüm qarşılaşdığı çətinliklərdən danışıb.

Qol.az “Sky Sport”a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis matçlara azarkeş buraxılmamasının “mersisaydlılar”a mənfi təsir etdiyini vurğulayıb:

“Bir çox komanda problemlə qarşılaşdı. Həm də ev oyunlarımızın hamısını qazana bilməməyimizin səbəbi kifayət qədər yaxşı oynamadığımızdır. Bəzi ev oyunlarında düşünürdüm ki, tribunada azarkeşlər olmasa da, bu görüşdə mütləq qalib gələcəyik. Ancaq bu, belə olmadı. Premyer Liqadakı son altı ev oyunumuzda məğlub olduq. Heyrətlidir! Biz bu durumu dəyişdirməliyik. Ancaq belə şeylər yalnız məşq zamanı dəyişdirilə bilməz, sadəcə düzgün tənzimləməliyik. Ev oyunlarında niyə bu qədər güclü olduğumuzu uzun müddət heç kim anlaya bilmədi. Ən azından nəticə baxımından. Bu məğlubiyyətləri indi izah etmək asan deyil, amma əsas səbəb azarkeşimizin az olmasıdır. Evdə boş tribunalarla çox yaxşı matçlar keçirdiymiz də olub. İndi bu çıxışı təkrar etməliyik”.

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqanın turnir cədvəlində 49 xalla 7-cidir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner