Ramos ilk dəfə La Liqada “El-Klassiko”nu buraxır

Ramos ilk dəfə La Liqada “El-Klassiko”nu buraxır
XƏBƏR 10 Aprel 2021 / 12:13 1241
-  A +

“Real”ın kapitanı Serxio Ramos zədə səbəbindən bu günkü “El-Klassiko”nu buraxacaq.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilk dəfə La Liqada “Barselona” ilə görüşdə iştirak etməyəcək. O, daha əvvəl Çempionlar Liqasının 2010/11 mövsümündə yarımfinalda ikinci oyunu buraxıb. Həmçinin Ramos 2012/13 mövsümündə İspaniya kubokunun yarımfinalında da əzəli rəqiblə qarşılaşmada meydana çıxmayıb. Lakin futbolçu La Liqada ilk dəfə “El-Klassiko”da oynamayacaq.

Qeyd edək ki, “Real” – “Barselona” görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner