Kökçü ilə danışıqlara başladılar

Kökçü ilə danışıqlara başladılar
XƏBƏR 10 Aprel 2021 / 11:27 2160
-  A +

Türkiyə millisinin və “Feyenoord”un futbolçusu Orkun Kökçü karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Avropanın ən istedadlı gənclərindən hesab edilən 20 yaşlı yarımmüdafiəçini “Arsenal” və “Tottenhem” heyətinə qatmaq istəyir. “Tottenhem”dən fərqli olaraq, “topçular” ötən ildən türkiyəli oyunçunu transfer etmək üçün çalışır. Lakin Joze Mourinyonun baş məşqçisi olduğu klub artıq futbolçunun menecerləri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Orkun Kökçü Azərbaycan U-21 millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner