Klopp sosial şəbəkələri silməyi tövsiyə etdi

Klopp sosial şəbəkələri silməyi tövsiyə etdi
XƏBƏR 10 Aprel 2021 / 11:15 899
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp sosial medianın mənfi cəhətlərindən danışıb.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis insanların təhqirlərdən çox istifadə etdiyi üçün futbolçuları sosial şəbəkələrdən uzaqlaşmağa çağırıb:

“Sosial mediada hələ həll olunmayan bir problem var. İnsanlar bir hesabın arxasında gizlənərək, istədiklərini yaza bilərlər. Bu problem ən qısa müddətdə həll edilməlidir. Şəxsən mən çoxlarının məni qınadığı sosial şəbəkələrdən istifadə etmirəm. İnsanlara qulaq asmayın. Bu, futbolçulara məsləhətimdir. Ən yaxşı həll yollarından biri də sosial şəbəkələrin silinməsidir”.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner