Yeni müqavilə üçün razılığa gəldilər

Yeni müqavilə üçün razılığa gəldilər
XƏBƏR 10 Aprel 2021 / 10:37 1239
-  A +

“Barselona” futbolçusu Usman Dembele ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Kataloniya klubu ilə 23 yaşlı hücumçu arasında razılıq əldə olunub. Onların 2025-ci ilədək sözləşmə imzalayacağı gözlənilir. Hazırda müqavilənin bir neçə detalı üzərində işlənilir. Futbolçunun indiki sözləşməsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Daha əvvəl bildirilmişdi ki, tərəflər anlaşa bilməsə, klub fransalı oyunçunu elə bu yay satacaq.

Qeyd edək ki, Dembele bu mövsüm 36 matçda 10 qol vurub və 4 qolun ötürməsini verib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner