“Aqueronun Premyer Liqada qalmasından narahat olmaram”

“Aqueronun Premyer Liqada qalmasından narahat olmaram”
XƏBƏR 10 Aprel 2021 / 10:19 985
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda komandadan ayrılacaq Serxio Aqueronun başqa Premyer Liqa klubunda oynayacağı haqda xəbərlərə münasibət bildirib.

Qol.az goal.com-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib:

“Aqueronun İngiltərə Premyer Liqasında qalacağından narahat olaram? Xeyr. Ona ən yaxşısını diləyirik. Əlbəttə, karyerasının son illərində ən üstün klublarda oynamasını istəyirəm. Biz öz növbəmizdə də onun özü, ailəsi və karyerası üçün verdiyi ən yaxşı qərarlardan məmnun qalacağıq. Mən onun seçiminə hörmət edirəm. Aquero üçün ən yaxşısı bizim üçün ən yaxşısıdır".

Qeyd edək ki, S.Aquero yayda “şəhərlilər”dən ayrılacağını açıqlayıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner