Peres yenidən prezident olur

Peres yenidən prezident olur
XƏBƏR 10 Aprel 2021 / 09:29 1251
-  A +

“Real”ın prezidenti Florentino Peres növbəti dəfə bu vəzifəyə namizədliyini irəli sürüb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hələlik 74 yaşlı rəhbərdən başqa heç kim namizədliyini irəli sürməyib. Namizədlik təqdim etmək üçün son tarix aprelin 12-sidir. Əgər həmin vaxtadək başqa şəxs ortaya çıxmasa, Peres avtomatik yenidən prezident seçiləcək. Bu halda o, işini 2025-ci ilədək davam etdirəcək.

Qeyd edək ki, Perez ilk dəfə 2000-ci ildə “kral klubu”na prezident seçilib. O, 2006-cı ildə istefa versə də, 2009-cu ildə yenidən vəzifəsinə qayıdıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner