“Lill” liderliyi möhkəmləndirdi

“Lill” liderliyi möhkəmləndirdi
XƏBƏR 10 Aprel 2021 / 01:15 3025
-  A +

Liqa 1-də 32-ci tura start verilib.

Qol.az xəbər verir ki, turun açılış matçında lider “Lill” “Metz”in qonağı olub. Komanda 2 cavabsız qolla qalib gəlib. Görüşdə hesabı 60-cı dəqiqədə Burak Yılmaz açıb. Mehmet Zeki Çelik isə 89-cu dəqiqədə komandasının 2-ci qolunu rəqibin qapısından keçirib və qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, bu qələbə ilə “Lill” xallarının sayını 69-a çatdırıb və liderdir. 1 oyun az keçirən PSJ 63 xalla 2-cidir. İlk “3-lüy”ü 62 xalla “Monako” qapayır.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner