Xavidən möhtəşəm nəticə

Xavidən möhtəşəm nəticə
XƏBƏR 10 Aprel 2021 / 00:28 2386
-  A +

“Barselona”nın sabiq futbolçusu, hazırda “Əl-Sədd”ə (Qətər) baş məşqçilik edən Xavi özünün növbəti uğuruna imza atıb.

Qol.az xəbər verir ki, 40 yaşlı mütxəssisin komandası bu mövsüm yerli liqanı məğlubiyyətsiz başa vurub. Çempionluğu hələ 4 həftə öncə rəsmiləşdirən klub liqada 19 qələbə qazanıb və 3 dəfə heç-heçə edib. Həmçinin “Əl-Sədd” qol nisbətinə görə də liderdir. Komanda ümumilikdə 77 qol vurub və qapısında cəmi 14 top görüb.

Qeyd edək ki, bu, Xavinin “Əl-Sədd”dəki 4-cü kubokudur. Komanda daha əvvəl 2 dəfə də Qətər çempionu olub və Şeyx Yassim kubokunu qazanıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner