UEFA-dan Bakıya gələcək azarkeşlərə güzəşt

UEFA-dan Bakıya gələcək azarkeşlərə güzəşt
XƏBƏR 9 Aprel 2021 / 21:06 1881
-  A +

Avro-2020-nin Bakıdakı oyunlarını izləmək üçün Azərbaycana gəlmək istəyən azarkeşlərin koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətlərindən azad edilməsi planlaşdırılır.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Bildirilib ki,  bu istisna yalnız Bakı Olimpiya Stadionunda üz-üzə gələcək milli komandalarında azarkeşlərinə şamil olunacaq. Onlar son koronavirus testinin mənfi çıxdığını sübut edən sənədi və oyun biletini təqdim etməklə Azərbaycana daxil ola biləcəklər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner