"Son vaxtlar bu cür yanaşma və fikirləri çox görürəm. Nəyə görə futzalla futbolu müqayisə edirsiniz? Futzal tam fərqli idman növüdür".
Qol.az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli şəxsi feysbuk hesabında milliləşdirmə ilə bağlı fikirlərə etiraz edərkən yazıb.
30 yaşlı qolkiper bildirib ki, hər sahənin öz çətinlikləri, qarşıya qoyulan məqsədləri və inkişaf forması var: "Cüdo nəticə verməyəndə güləşi günahlandırmaq və ya qazanılan nəticəyə kölgə salmaq olar? Biz də hər idmançı kimi Azərbaycan adı və bayrağı altında ölkəni təmsil edirik".
Hüseynli yığmada braziliyalı legionerlərin oynamasına da toxunub: "Məncə, bu söhbət artıq bağlanmalıdır. Hər ölkədə və hər idman sahəsində milliləşdirilmiş legioner var. Futzal millisi məğlub olur, "Neynəyirik bu braziliyalıları? Yenə uduzdular" deyirlər. Yığma ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanır, "Braziliya millisidir, uduzardı, amma özümüzünkülər oynayardı" fikirləri səslənir. Oynayır, qardaş, özümüzünkü də oynayır. Bu tək mübarizə deyil ki, onlar nəticə qazansın biz qıraqdan alqışlayaq. Bu komanda oyunudur və nəticəni hamı birlikdə əldə edir".
Qapıçının sözlərinə görə, hücum xəttində braziliyalılar çıxış edirsə, müdafiədə yerli oyunçular öz işini görür: "Bunun səbəbini bilmək üçün yaxından maraqlanmağınız və futzaldan məlumatınızın olması lazımdır. Xəbərdar olmadığınız halda kiminsə haqqına girib çəkilən əziyyəti yerə vurmaq olmaz. Qazanılan nəticəyə, oyunçuların meydanda son nəfəsinə kimi canını qoymasına kölgə salmaq olmaz. 2-3 gün komanda daxilində olsanız, məşqdə alınan zədələrdən, sağlamlığa ziyan olacağını bilə-bilə vurulan iynə ilə oyuna çıxmaqdan, səfərlər zamanı keçirilən stresslərdən, oyunlara hazırlaşan zaman beyindəki fikirlər, əsəb, stress və gərginlikdən xəbəriniz olar. 5-ci mərtəbədən aşağı baxmağ çəkinən, maşını bir az bərk sürən kimi qorxan adam "kefdəsiniz, ölkələri gəzirsiniz" deyir. Bu qədər əziyyəti yerə vurmaq, Azərbaycan adı, bayrağı altında qazanılan nəticəyə kölgə salmaq nə dərəcədə düzgündür?".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı