De Xea icarəyə verilə bilər

De Xea icarəyə verilə bilər
XƏBƏR 9 Aprel 2021 / 13:00 2186
-  A +

“Mançester Yunayted” qapıçısı David De Xeanı yayda icarəyə verməyi planlaşdırır.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, son vaxtlar əsas heyətdəki yerini itirən ispaniyalı qolkiper da müntəzəm meydana çıxa biləcəyi bir kluba keçməkdə maraqlıdır. Bu seçimin hər iki tərəf üçün faydalı olacağı bildirilib.

Qeyd edək ki, 2011-ci ildən “Mançester Yunayted”də çıxış edən 30 yaşlı qapıçı bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb və 29 qol buraxıb.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner