Di Mariyadan uğurlu göstərici

Di Mariyadan uğurlu göstərici
DÜNYA FUTBOLU 8 Aprel 2021 / 22:30 1563
-  A +

PSJ-nin futbolçusu Anhel Di Mariya komandada qol ötürməsinin sayını 100-ə çatdırıb.

Qol.az xəbər verir ki, argentinalı yarımmüdafiəçinin bu göstəricidə yubileyi Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə keçirilən oyunda (3:2) qeydə alınıb. O, Kilian Mbappenin vurduğu qolda pay sahibi olub.

Argentina millisinin üzvü hazırda qol ötürmələrinin sayına görə yalnız klubun əfsanəvi futbolçularından olmuş Safet Suşiçdən (103) geri qalır.

2015-ci ildən Paris klubunda çıxış edən Di Mariya 100 ötürmədən 64-nü Liqa 1-də, 16-nı Çempionlar Liqasında, 11-ni Fransa Liqa kubokunda, 8-ni Fransa kubokunda, 1-ni isə Fransa Superkubokunda verib. Paytaxt klubunda 166 oyun keçirən 33 yaşlı futbolçu 51 qol vurub.

Son xəbərlər