“Barselona”nın müqaviləsi mövsümün sonunda başa çatacaq kapitanı Lionel Messinin klubdakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin yeni prezidenti Joan Laporta 33 yaşlı hücumçunun meneceri ilə sözləşmənin müddətinin uzadılması ilə bağlı danışıqlara başlamayıb. Lakin klub rəhbərliyi Messi üçün yeni müqavilənin üzərində işlədiyi vurğulanıb. Bildirilib ki, Laporta tələsmək və yerinə yetirə bilməyəcəyi vədlər vermək istəmir.
Həmçinin xəbərdə o da qeyd olunub ki, “Mançester Siti” və PSJ argentinalı oyunçunu transfer etmək fikrində israrlıdırlar. “Şəhərlilər” Messi “Barselona”da qalmaq istəməyəcəyi təqdirdə, ona təklif göndərməyə hazırdırlar. PSJ də eyni niyyətdə olsa da, klubun hazırda əsas hədəfi Kilian Mbappe və Neymarla müqavilənin müddətini uzatmaqdır.
Messi isə mövcud vəziyyətə sakit yanaşır. Futbolçu fikrini qarşıdakı matçlara cəmləyir. O, La Liqanın və İspaniya kubokunun qalibi olmaq istəyir.
Qeyd edək ki, Messi bu mövsüm ölkə çempionatında 27 matçda 23 qol vurub və 8 qolun ötürməsini verib.
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi