“Borussiya”nın (Dortmund) futbolçusu Mats Hummelsin başına qəribə hadisə gəlib.
Qol.az xəbər verir ki, bu, Bundesliqada martın 20-də keçirilən “Köln”lə səfər matçından (2:2) sonra olub. Komandanı daşıyan avtobus 32 yaşlı yarımmüdafiəçini stadiondan aparmağı unudub. Belə ki, Hummels oyundan sonra çıxış dəhlizində jurnalistlərin suallarını cavablandırıb. Həmin vaxt isə komandanın digər üzvlərinin olduğu avtobus hərəkət etməyə başlayıb və arenadan uzaqlaşıb. Heç kim Hummelsin nəqliyyat vasitəsində olmadığını bilməyib. Daha sonra isə almaniyalı oyunçunun stadionda qaldığının fərqinə varan klub işçiləri onu mikroavtobusla arenadan aparıblar.
Qeyd edək ki, Hummels bu mövsüm 39 matçda 5 qol vurub və 1 qolun ötürməsini verib.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi