“Borussiya” “Mançester Siti” ilə oyuna onlarsız çıxacaq

“Borussiya” “Mançester Siti” ilə oyuna onlarsız çıxacaq
DÜNYA FUTBOLU 5 Aprel 2021 / 17:12 1387
-  A +

Dortmund “Borussiya”sı ciddi itkilərlə üzləşib.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, gənc hücumçu Yussufa Mukoko sıradan çıxıb. O, Almaniya U-21 millisinin düşərgəsində zədələnib. Ayaq bağlarından zədə alan futbolçunun mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi məlum olub.

Çempionlar Liqasının 1/4 final mərhələsində sabah səfərdə “Mançester Siti”si ilə qarşılaşacaq Dortmund klubu daha bir futbolçusunun xidmətindən məhrum olub.

Martın əvvəlindən zədəli olan Ceydin Sanço komanda ilə məşqlərə başlasa da, "Siti" ilə oyunu buraxacaq. İngiltərəli yarımmüdafiəçi “Borussiya”nın dünənki məşqində iştirak etməyib.

Qeyd edək ki, sabah keçiriləcək “Mançester Siti” – “Borussiya” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu