"Real" ikinci pilləyə yüksəldi

"Real" ikinci pilləyə yüksəldi
DÜNYA FUTBOLU 3 Aprel 2021 / 20:30 3232
-  A +

"Real" La Liqada növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Madrid təmsilçisi 29-cu turda "Eybar"ı qəbul edib. Matç Zinəddin Zidanın baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real" - "Eybar" - 2:0
Qollar
: Asensio, 41, Benzema, 73

Bu qələbə ilə xalını 63-ə çatdıran "kral klubu" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Atletiko" 66 xalla (28 oyun) 1-ci, "Barselona" 62 xalla (28 oyun) 3-cüdür.


Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya

24.07.25  00:23

"Qarabağ"da zədələr