"Real"da zədəli sayı qol sayını keçdi

"Real"da zədəli sayı qol sayını keçdi
DÜNYA FUTBOLU 2 Aprel 2021 / 13:18 2494
-  A +

“Real”da bu mövsüm qeyri-adi statistika qeydə alınıb.

Qol.az xəbər verir ki, Madrid klubunda zədəli futbolçuların sayı komandanın mövsüm ərzində vurduğu qollardan çoxdur.

Son olaraq kapitan Serxio Ramosun 1 aylıq sıradan çıxdığı məlum olub. Bu, “Real”ın mövsümdə 50-ci zədəlisi olub. La Liqada 3-cü pillədə qərarlaşan “kral klubu”nun bu mövsümdə qol sayı isə 49-dur.

Qeyd edək ki, hazırda komandada Ramosla yanaşı, Eden Hazard Toni Kroos, Mariano Diaz, Alvaro Odriosolo və Federiko Valverde də zədəlidir.

Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya

24.07.25  00:23

"Qarabağ"da zədələr