Poqba "MY" ilə müqaviləni yeniləmir

Poqba "MY" ilə müqaviləni yeniləmir
XƏBƏR 20 Noyabr 2020 / 23:00 1416
-  A +

"Mançester Yunayted"in futbolçusu Pol Poqba klubu ilə müqaviləsini yeniləmək niyyətində deyil.

Qol.az "The Athletic"ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi azad agent kimi İngiltərə təmsilçisini tərk etmək istəyir. Bildirilib ki, "qırmızı şeytanlar" 27 yaşlı oyunçunun müqaviləsi bitmədən onu satmaq istəyir.

Qeyd edək ki, Poqba 2016-cı ildən "MY"da oynayır. Onun klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin iyunu başa çatır.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner