"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Çində rekorda imza atıb.
Qol.az "Kickoff" nəşrinə istinadən xəbər verir ki, o, hazırda çıxış etdiyi "Çjetszyan Qrintaun" klubunun tarixinə düşüb.
Cənubi afrikalı hücumçu Çin təmsilçisin ən çox qol vuran oyunçusu olub. 30 yaşlı oyunçu Superliqaya vəsiqə uğrunda pley-offda (2:2) "Uhan Çjoer"lə ilk matçda 90+9-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla da o, Çin klubunda vurduğu qolların sayını 42-yə (65 oyun) çatdırıb. Dino 88 görüşdə 41 dəfə fərqlənən braziliyalı hücumçu Anselmo Ramonun rekordunu qırıb.
Xatırladaq ki, D. Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən "Çjetszyan Qrintaun"a transfer olunub.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı