Bu həftə Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçiriləcək. Milli komandaların qarşılaşmalarından sonra keçiriləcək bu turda “Qəbələ” “Neftçi” ilə üz-üzə gələcək.
Qol.az əyalət təmsilçisinin saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı matç iki rəqib arasında 54-cü qarşılaşma olacaq. İndiyədək komandalar 53 dəfə üz-üzə gəlib. “Qəbələ” ilk dəfə 2006/07 mövsümündə qarşılaşdığı rəqib üzərində 17 qələbə qazanıb. “Qırmızı-qaralar” 13 dəfə heç-heçə edib və 23 məğlubiyyət alıb. Bu oyunlarda 66 qol vuran futbolçularımız 74 top buraxıb.
Premyer Liqada 49-cu dəfə üz-üzə gələcək komandalar 48 oyunda qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib, 22 dəfə uduzub. Bu görüşlərdə 59 qola imza atan komandamız 68 top buraxıb.
“Qəbələ” “Neftçi” ilə 27-ci dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 26 matçda komanda 8 dəfə qalib gəlib, 5 heç-heçə edib və 13 dəfə uduzub. Bu matçlarda 70 qol vurulub. Meydan sahibləri 34, qonaqlar 36 qol vurub.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 10-cu turunun noyabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 14:00-da başlayacaq.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı