Millimizlə oyunu buraxan futbolçuda koronavirus aşkarlanmadı

Millimizlə oyunu buraxan futbolçuda koronavirus aşkarlanmadı
XƏBƏR 19 Noyabr 2020 / 12:24 701
-  A +

Millətlər Liqasının 6-cı turunda yığmamızla oyunu buraxan Lüksemburqun qapıçısı Antoni Moris növbəti dəfə koronavirus testindən keçib.

Qol.az “5minutes.rtl.lu”ya istinadən xəbər verir ki, 30 yaşlı qolkiperdə COVİD-19 aşkarlanmayıb. Nəticədə qapıçının koronavirusa yoluxmadığı məlum olub.

Moris bundan əvvəlki test nümunələrinin nəticəsi müsbət çıxdığı üçün sözügedən oyunda iştirak edə bilməmişdi.

Qeyd edək ki, 17 noyabrda keçirilən Lüksemburq – Azərbaycan matçı 0:0 hesabı ilə başa çatıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner