Holand ən yaxşı bombardir oldu

Holand ən yaxşı bombardir oldu
XƏBƏR 19 Noyabr 2020 / 11:28 1739
-  A +

Norveç millisinin və “Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Holand Millətlər Liqasının qrup mərhələsinin ən yaxşı bombardiri olub.

Qol.az xəbər verir ki, 20 yaşlı hücumçu yığmanın heyətində 4 oyunda 6 qol vurub. Bu, turnirin bütün iştirakçıları arasında ən yaxşı nəticədir.

Bombardirlik yarışında İsrail millisinin üzvü Eran Zahavi və Belçika yığmasının futbolçusu Romelu Lukaku 5 qolla 2-ci yeri bölüşdürüblər. Sokol Tsikaleşi (Albaniya) və Kristian Eriksen (Danimarka) hərəyə 4 dəfə fərqlənməklə növbəti sırada qərarlaşıblar.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner