Xedira "Yuventus"u tərk edir

Xedira "Yuventus"u tərk edir
XƏBƏR 18 Noyabr 2020 / 17:57 1414
-  A +

“Yuventus”un futbolçusu Sami Xedira qış transfer pəncərəsində klubu tərk etməyə yaxındır.

Qol.az “Bild”ə istinadən xəbər verir ki, baş məşqçi Andrea Pirlo 33 yaşlı yarımüdafiəçini komandasında saxlamağı düşünmür.

Bu mövsüm almaniyalı oyunçu Turin təmsilçisinin heyətində heç bir matça çıxmayıb. Bu səbəbdən Xedira özü də klubdan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Xedira ötən mövsüm “Yuventus”la 18 oyunda iştirak edərək, 1 qolun ötürməsini vermişdi.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner