“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor”un baş məşqçisi Rıza Çalımbay Ağdam təmsilçisi ilə keçirəcəkləri matçdan danışıb.
Qol.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında bunları deyib:
"Superliqadakı rəqiblərimizin əksəriyyəti bizdən üstün durumdadır. Çünki biz üç gündənbir oyunlara çıxırıq. Həm Avropa Liqasında, həm də Superliqada mübarizə aparırıq.
Qalatasaray" 7 gündə 1, biz isə 3 oyuna çıxırıq. Bu şərtlər altında hazırlıq matçı da keçirə bilməzdik. Milli komandalara gedən oyunçularımız var. Yığmaların oyunları ilə bağlı fasilədə zədəli futbolçularımızı sağaltmaq istəyirik.
Növbəti mərhələ şanslarımız davam edir. "Qarabağ" səfərindən qələbə ilə qayıtmaq istəyirik. Bu matçı İstanbulda oynayacağıq. Bizim üçün az da olsa, üstünlük olar. Qazanmaqdan başqa şansımız yoxdur. Mənim yeganə qorxduğum şey zədədir. Bu məsələ ilə bağlı problem yaşamasaq, qrupdan çıxacağıq.
Qeyd edək ki, Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar 26 noyabr İstanbulda "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu