Levandovski Niderlandla matçı buraxa bilər

Levandovski Niderlandla matçı buraxa bilər
XƏBƏR 17 Noyabr 2020 / 11:19 694
-  A +

Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski yığmanın Millətlər Liqasının 6-cı turunda Niderlandla keçirəcəyi oyunu buraxa bilər.

Qol.az “Sportowe Fakty”yə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu 5-ci turda İtaliya ilə oyunun (0:2) ikinci hissəsində əzələ problemi ilə üzləşib. Matçdan sonra futbolçunun ağrıları daha da güclənib.

Bundan əlavə, Levandovski ardıcıl 4 matçda meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 18 noyabrda “Slaski” stadionunda keçiriləcək Polşa – Niderland görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner