Misir millisinin və “Arsenal”ın futbolçusu Məhəmməd El-Nenni koronavirusa yoluxub.
Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçidən yığmanın Afrika Millətlər Kubokunun Toqo ilə matçından əvvəl test nümunələri götürülüb və onda COVİD-19 aşkarlanıb. Oyunçu dərhal təcrid olunub.
Bu səbəbdən Əl-Nenni Toqo ilə görüşü buraxmaqla yanaşı, Premyer Liqanın 9-cu turunda “Lids Yunayted”lə qarşılaşmada da iştirak etməyəcək.
Qeyd edək ki, Misir – Toqo matçı bu gün, “Arsenal” – “Lids Yunayted” oyunu isə 22 noyabrda (Bakı vaxtı ilə 20:30) keçiriləcək.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu