UEFA-dan Rauf Cabbarova təyinat

UEFA-dan Rauf Cabbarova təyinat
XƏBƏR 16 Noyabr 2020 / 19:38 1555
-  A +

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan 21 yaşlı futbolçular arasında Avropa Çempionatının matçına təyinat alıb.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o Ukrayna - Şimali İrlandiya qarşılaşmasını idarə edəcək.

Cabbarova yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayacaq.

 


 


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner