Lüksemburq yığmasının 2 üzvü millimizə qarşı oynamayacaq

Lüksemburq yığmasının 2 üzvü millimizə qarşı oynamayacaq
XƏBƏR 15 Noyabr 2020 / 21:30 1491
-  A +

Millətlər Liqasının sonuncu turunda Azərbaycan millisini qəbul edəcək Lüksemburq yığması itkilərlə üzləşib.
 
Qol.az xəbər verir ki, rəqibin iki futbolçusu noyabrın 17-də keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
 
Buna həmin oyunçuların cəzalı duruma düşməsi səbəb olub. Noyabrın 14-də Kiprlə səfərdə keçirilən matçda qırmızı vərəqə alan Vahid Selimoviç növbəti oyunu buraxacaq. Dirk Karlson isə ikinci dəfə xəbərdarlıq aldığı üçün turnrii vaxtındn əvvəl başa vurub.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner