Ramosdan Avropa rekordu

Ramosdan Avropa rekordu
XƏBƏR 15 Noyabr 2020 / 14:40 2125
-  A +

İspaniya millisinin və “Real”ın futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, 34 yaşlı müdafiəçi buna Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçda (1:1) nail olub. O, həmin oyunda iştirak etməklə yığmanın heyətində çıxdığı qarşılaşmaların sayını 177-yə çatdırıb. Bu isə Avropada milli komandalar üçün yeni rekord sayılır.

Bunadək ən yüksək göstərici İtaliya yığmasında 176 oyun keçirən Canluici Buffona məxsus idi.  

Qeyd edək ki, İsveçrə - İspaniya görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner