Buskets zədələndi

Buskets zədələndi
XƏBƏR 15 Noyabr 2020 / 13:40 913
-  A +

İspaniya millisinin və “Barselona”nın futbolçusu Serxio Buskets zədələnib.

Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçın 72-ci dəqiqəsində dizindən xəsarət alıb. O, oyuna davam edə bilməyib və əvəzlənib.

Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, İsveçrə - İspaniya görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner