Avrokuboklarda bu mövsüm 1/8 finalın oyunlarından sonra futbolçuların sarı vərəqələri silinəcək.
Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsi qərar verib.
Koronavirus pandemiyasının yaratdığı çətinliklərdən sonra klublarda balansı qorumaq üçün bu addım atılıb.
Yeni mövsümdən isə avrokubokların təsnifat və pley-off mərhələsinin oyunlarında alınan sarı vərəqələr qrup mərhələsinin matçlarına təsir etməyəcək.
Digər bir qərara əsasən, 2020/2021 mövsümündə UEFA bayrağı altında keçirilən qarşılaşmanın oynanılacağı ölkədə karantin və ya səyahət məhdudiyyətləri olacağı halda, oyun başqa ölkədə keçirilə bilər. Bunu ev sahibi komanda təşkil etməlidir. Əks halda həmin komanda texniki məğlubiyyət alacaq. Hər püşkdən əvvəl UEFA ölkələr arasında bütün səyahət məhdudiyyətlərinin, eyni zamanda ölkələrdə tətbiq edilən karantin qaydalarının siyahısını dərc edəcək. Klublar yerli federasiya ilə birgə püşkdən iki gün əvvəl məhdudiyyətləri UEFA-ya bildirməlidilər.
Oyunu öz meydanında keçirə bilməyən klub bununla bağlı püşkə iki gün qalmışa qədər UEFA-nı məlumatlandırmazsa, həmin kluba texniki məğlubiyyət veriləcək.
Klublar daha əvvəl UEFA-da qeydiyyatdan keçirmədiyi, ancaq yerli assosiyasiyalarda klubun futbolçusu kimi qeydiyyata alınan və testi neqativ çıxan futbolçuları heyətə daxil edə bilər.
Həmçinin, hakimlər briqadasının hər hansı üzvünün testi müsbət çıxarsa, UEFA istisna hal kimi klublarla eyni ölkədən olan hakimi oyuna təyin edə bilər.
Bundan başqa, klublarda bir neçə nəfərin virusa yoluxması oyunlara təsir etməyəcək. Yeni mövsümdə bir klubda biri qapıçı olmaqla, ümumilikdə 13 futbolçu sağlamdırsa, qarşılaşmalar oynanılacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”