"La Liqanın qalibi ola bilərik" - Setyen

"La Liqanın qalibi ola bilərik" - Setyen
DÜNYA FUTBOLU 7 İyul 2020 / 16:59 2630
-  A +

"Barselona"nın baş məşqçisi Kike Setyen La Liqada çempionluq şanslarını dəyərləndirib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, o, ölkə çempionu olmaq şanslarının itmədiyini deyib: “Əlbəttə, La Liqanın qalibi ola bilərik. Bunu faktlar və riyaziyyat sübut edir. Bu, asan olmayacaq, amma sonuna qədər ümid etməliyik.

Özümüz haqqında düşünməliyik və hər matçda qalib gəlməliyik, vəziyyətin necə inkişaf etdiyini izləməliyik".

Qeyd edək ki, "Barselona" çempionatın bitməsinə 4 tur qalmış lider "Real"dan 4 xal geri qalır.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır