"Seltik" çempion elan edildi

 "Seltik" çempion elan edildi
DÜNYA FUTBOLU 18 May 2020 / 16:11 1830
-  A +

Koronavirus pandemiyasına görə dayandırılan Şotlandiya Premyer Liqasına yekun vurulub.

Qol.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

Liqa rəhbərliyi ilə klubların görüşündən sonra çempionatın başa çatdırılmasının mümkün olmaması qənaətinə gəlinib. Ən yaxın izləyicisi "Reyncers"i 13 xal qabaqlayan lider "Seltik" çempion elan olunub. Bununla da Qlazqo təmsilçisi tarixində 9-cu dəfə ölkə çempionu olub.

Turnir cədvəlinin sonuncusu "Harts" aşağı liqaya düşüb.

Qeyd edək ki, Şotlandiya Premyer Liqası martın 13-ü, sona 8 tur qalmış dayandırılmışdı.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq