UEFA-dan "Avro-2020" açıqlaması - "Üç şəhərdə problem var"

UEFA-dan "Avro-2020" açıqlaması -  "Üç şəhərdə problem var"
DÜNYA FUTBOLU 18 May 2020 / 10:42 2819
-  A +

2021-ci ildə keçiriləcək  Avropa çempionatının oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi 12 yox, daha az şəhərdə ola bilər.

Qol.az xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin “beİN Sporta”a açıqlamasında deyib.

O, hələ ki, 9 şəhərin çempionata hazır olduğunu bildirib: "Prinsipcə bizim ideya çempionatı elə həmin 12 şəhərlərdə keçirməkdən ibarətdir. Hazırda apardığımız danışıqlara əsasən, 9 şəhərlə bağlı hər şey yerindədir, 3 şəhərin isə problemləri var. Onları biz daha sonra müzakirə edəcəyik. Biz  çempionatı 12 şəhərdə təşkil etmək istəyirik. Amma alınmasa, Avro-2020-ni 10, 9 və ya 8 şəhərdə də keçirməyə hazırıq".

UEFA-ya təsdiq göndərməyən şəhərlər Roma, Bilbao və Kopenhagendir. Bakı isə çempionata hazır olması ilə bağlı qitə qurumuna təsdiq göndərib.

Xatırladaq ki, UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda keçirilməsi planlaşdırılır.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq