“Lokomotiv”in baş məşqçi Yuri Syominlə yolları ayırması Rusiya futbol ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb.
Qol.az xəbər verir ki, futbol meneceri Dmitri Selyuk isə klubun bu addımını daha sərt şəkildə tənqid edib. O, “championat.com”a açıqlamasında bu qərarın verilməsində daha çox futbolçuları qınayıb, onları məşqçilərini müdafiə etməməkdə günahlandırıb:
“Bütün Rusiya futbolu üçün ayıbdır. Bu gün korrupsiya və oğurluq şərəf və ləyaqət üzərində qalib gəldi. Əgər biz özümüz əfsanəmizə belə münasibət göstəririksə, onda gənc nəsildən nə gözləyək? Onları necə tərbiyə edək? Onları necə başa salaq ki, nəticə yox, klub rəhbərliyinə xidmət vacibdir? Baş verənlər məni şoka saldı.
“Lokomotiv” futbolçularının açıqlamalarını görmədim. Onların öz şəxsi fikri yoxdur. Fergüson “Mançester Yunayted”dən göndərilsəydi, bütün komanda onun tərəfində olardı. “Lokomotiv”in oyunçularının isə kişiliyi yoxdur, başlarını quma basdırdılar, Syomin üçün ayağa qalxmadılar. Hansı ki, onların əksəriyyəti Syominə görə komandadadır".
Selyuk eyni zamanda, Syominin köməkçilərini də tənqid edib: "Bu barədə Loskov, Xapov və Paşinindən soruşmaq lazımdır. Fikirlərini bildirməliydilər. Syomin onları yanına apardı. Ancaq onlar indi düşünür ki, onsuz da bizi qovmadılar. Və Nikoliçin (yeni baş məşqçi -red.) "Loskov, get fitləri gətir” deyərək qışqırması onları utandırmayacaq”.
Xatırladaq ki, "Lokomotiv" bu gün Syominlə yolları ayırdığını və 40 yaşlı serbiyalı məşqçi Marko Nikoliçlə anlaşdığını açıqlayıb.
Əlavə edək ki, üs-üstə 22 il "Lokomotiv"i çalışdırmış "Qəbələ"nin sabiq baş məşqçisi Moskva klubu ilə bir çox titul qazanıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı