"Real" Zidanın oğlu ilə bağlı qərarını verdi

"Real" Zidanın oğlu ilə bağlı qərarını verdi
DÜNYA FUTBOLU 18 Aprel 2020 / 18:02 3549
-  A +

"Real"ın qapıçısı Lyuk Zidan böyük ehtimalla bu mövsümün sonu Madrid klubu tərk edəcək.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, La Liqa təmsilçisi 21 yaşlı qolkiperlə bu yay başa çatacaq müqavilənin müddətini uzatmamağa qərar verib.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu  Lyuk hazırda icarə əsasında Sequnda təmsilçisi "Rasinq"də oynayır.


Son xəbərlər