"Real"ın hücumçusu 3 illik həbs oluna bilər

"Real"ın hücumçusu 3 illik həbs oluna bilər
DÜNYA FUTBOLU 16 Aprel 2020 / 19:00 3075
-  A +

"Real"ın hücumçusu Luka Yoviç həbs edilə bilər.

Qol.az Serbiya mətbuatına istinadən xəbər verir ki, karantin qaydasını pozan futbolçu Cinayət Məcəlləsinin 248-ci maddəsi ilə ittiham olunur. Bu maddədə 3 aydan 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Ötən ay sevgilisinin ad gününü qeyd etmək üçün vətni Serbiyaya gedən Yoviç Belqrad prokurorluğuna ifadə verəcək. O, pul cəriməsi ilə də həbsdən qurtula bilər.

Xatırladaq ki, İspaniya mətbuatı bu hərəkətinə görə “Real”ın Yoviçi satacağını yazıb.

Son xəbərlər