Kante qərarını "Çelsi" rəhbərliyinə bildirdi

Kante qərarını "Çelsi" rəhbərliyinə bildirdi
DÜNYA FUTBOLU 15 Aprel 2020 / 18:18 3051
-  A +

"Çelsi"nin futbolçusu Nqolo Kante London təmsilçisində qalmaq istəyir.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klubu onu satmaq istəsə də, fransalı yarımmüdafiəçi ayrılmaq haqda düşünmədiyini rəhbərliyə bildirib.

Qeyd edək ki, "Çelsi"nin Kanteni 70 milyon avroya satmaq istədiyi iddia olunur. Onunla "Barselona" və "Real"ın maraqlandığı bildirilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner