Kolumbiyalı azarkeşlər Argentinada karantində qaldılar

Kolumbiyalı azarkeşlər Argentinada karantində qaldılar
DÜNYA FUTBOLU 15 Aprel 2020 / 13:14 1412
-  A +

Komandalarının oyununu izləmək üçün Argentinaya gedən kolumbiyalı azarkeşlər koronavirus səbəbindən ölkələrinə qayıda bilməyiblər.

Qol.az xəbər verir ki, "İndependent"in 15 fanatı martın 10-da Libertadores kubokunda "Boka Xuniors"la matç üçün paytaxt Buenos Ayresə gəlib. Komandalarının məğlubiyyətdən (0:3) sonra tərəfdarlar öz ölkələrinə qayıtmaq istəsələr də, koronavirus pandemiyasının yayılmasına görə Argentinanın sərhədləri bağlanıb. Azarkeşlər martın 20-də məcburi karantin rejimi tətbiq ediləndən sonra paytaxtdakı otellərdən birində karantinə  alınıblar. Onların koronavirus testlərinin nəticəsi neqativ çıxıb.

Bildirilir ki, azarkeşlərin otel xərclərini  Kolumbiyanın Argentinadakı səfirliyi qarşılayacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
14.06.26  17:30

"Tottenhem"də qalır

topaz banner