Klopp onlayn məşq haqda - “Bu qədər sevəcəyimi bilməzdim"

Klopp onlayn məşq haqda -  “Bu qədər sevəcəyimi bilməzdim"
DÜNYA FUTBOLU 14 Aprel 2020 / 21:18 1979
-  A +

“Liverpul”un baş məşqçisi Yurgen Klopp onlayn məşq haqda danışıb.

Qol.az xəbər verir ki, almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu cür məşq prosesindən zövq aldığını bildirib:

“Bu qədər sevəcəyimi təxmin etməzdim. Futbolçuları gördüyüm an hər şey dəyişir” – deyə o qeyd edib.

Klopp onlayn məşqə gecikənlərin cəzalandığını da açıqlayıb: “Səhər saat 10-da məşqə başlayırıq. Bura vaxtında gəlmək vacibdir. Çünki  pul cəzamız var.  Onlayn məşqə gecikənlər pul ödəməyə məcburdurlar.  Bu durumda 2020-ci ildə yaxşı formada olmağımızın yeganə yolu bu cür məşqlərdir”.


Xatırladaq ki, koronavirusa görə 29-cu turda dayandırılan Premyer Liqada turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir.

Son xəbərlər