İtaliya klubunun koronavirusa yoluxan futbolçuları sağaldı

İtaliya klubunun koronavirusa yoluxan futbolçuları sağaldı
DÜNYA FUTBOLU 14 Aprel 2020 / 11:37 1267
-  A +

"Sampdoriya"nın koronavirusa yoluxan bütün futbolçuları sağalıb.

Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun baş məşqçisi Klaudio Raynyeri məlumat verib: "Virusa yoluxan bütün oyunçularımız sağalıblar. Onlarla vaxtaşırı əlaqə qurmaq fürsətim oldu".

Qeyd edək ki, ilk olaraq "Sampdoriya"nın hücumçusu Manolo Qabbyadinidə koronavirusa aşkarlanmışdı. Klubda ümumilikdə 6 futbolçunun koronavirus testi müsbət çıxmışdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
14.06.26  17:30

"Tottenhem"də qalır

topaz banner