"Çelsi"nin əfsanəvi qapıçısı dünyasını dəyişdi

"Çelsi"nin əfsanəvi qapıçısı dünyasını dəyişdi
DÜNYA FUTBOLU 13 Aprel 2020 / 00:15 2069
-  A +

“Çelsi”nin sabiq qapıçısı Peter Bonetti dünyasını dəyişib.

Qol.az klubun saytına istinadən xəbər verir ki,  onun 78 yaşında vəfat etdiyi bildirilib. "Pişik" ləqəbli P.Bonettinin uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi vurğulanıb.
 
Qeyd edək ki, Peter Bonetti "Çelsi"nin heyətində 729 matçda oynayıb və  klub tarixində ən çox meydana çıxan 2-ci oyunçu olub.  O, İngiltərə yığması ilə DÇ-1966-ın qalib olub.


Son xəbərlər