"Yuventus", "Real" və PSJ onunla maraqlanır

"Yuventus", "Real" və PSJ onunla maraqlanır
DÜNYA FUTBOLU 11 Aprel 2020 / 20:29 2463
-  A +

"Yuventus" "Çelsi"nin futbolçusu Nqolo Kanteni transfer etmək istəyir.

Qol.az  "Calciomercato"ya istinadən xəbər verir ki, Turin klubu London təmsilçisinin fransalı yarımmüdafiəçini satışa çıxarmasından faydalanmaq istəyir.

Bildirilir ki, Kante ilə "Real" və PSJ də maraqlanır. Onun qiymətinin 80 milyon avro olduğu vurğulanır.

Qeyd edək ki, Kante 2016-cı ildən "Çelsi"dən oynayır.


Son xəbərlər