“Heç bir turnir insan həyatından dəyərli deyil” - İnfantino

“Heç bir turnir insan həyatından dəyərli deyil” -  İnfantino
DÜNYA FUTBOLU 10 Aprel 2020 / 15:50 1061
-  A +

“Hazırda bizim üçün vacib olan üç məsələ var: əvvəlcə sağlamlıq, daha sonra futbol ictimaiyyətinə kömək etmək və bu vəziyyətdən necə çıxacağımıza dair düşüncələrimiz”.

Qol.az xəbər verir ki, bu sözləri “goal.com”a açıqlamasında FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyası səbəbindən dayandırılan turnirlərlə bağlı danışarkən deyib.

O, vəziyyətin bu cür davam edəcəyi halda çempionatların bərpa edilməyəcəyini bildirib: “Vahid qərarlar verilməli, hamıya uyğun olmalı və hər kəsin fikri dinlənilməlidir. Heç bir oyun, liqa, turnir insan həyatından daha dəyərli deyil. Hamı bunu başa düşməlidir. Vəziyyət tam düzəlməsə, liqaları davam etdirmək məsuliyyətsizlikdən daha artığı olardı. Hazırda gözləmək bizim üçün daha yaxşı fürsətdir. Bir az da gözləmək lazımdırsa, bunu etməliyik".

Xatırladaq ki, koronavirus pandemiyasına görə demək olar ki, bütün dünyada idman yarışları dayandırılıb.

Son xəbərlər