"Napoli"dən 1000 ailəyə yardım

"Napoli"dən 1000 ailəyə yardım
DÜNYA FUTBOLU 10 Aprel 2020 / 12:16 1019
-  A +

İtaliyanın “Napoli” klubu xeyirxah addımla gündəmə gəlib.

Qol.az xəbər verir ki, klub, koronavirus pandemiyası ilə mübarizə məqsədilə 1000 ailəyə qida paylayacaq. Bu barədə klubun rəsmi saytı məlumat verib.

1000 ailəyə dəstək olmaq üçün 32 ton ərzaq toplandığını bildirib. Klubun açıqlamasında bu qidaların ən çox ehtiyacı olan ailələrə göndəriləcəyi və bununla da, onları müəyyən qədər dəstəkləyəcəkləri qeyd edilib.

Bundan əvvəl "Fiorentina", "Yuventus", "İnter" və "Milan" da pandemiya ilə mübarizə fonduna pul köçürüb. 


Son xəbərlər